“Bayden-Putin görüşünün nəticəsizliyi gərginliyi artırır” - Politoloq

Dünya
12:04 / 29.06.2021
1515
"Britaniya-Rusiya qarşıdurması Bayden-Putin
görüşündə nəticə əldə edilməməsinin göstərcisidir və gərginlik hələ bir müddət
davam edəcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında son həftə ərzində
Böyük Britaniya ilə Rusiya arasında Qara dəniz sahili və ardınca Aralıq dənizində
baş verən qarşıdurmaların nələrə gətirib çıxaracağına aydınlıq gətirərkən politoloq
Məhəmməd Əsədullazadə deyib:
Qara dəniz hövzəsində ABŞ-la Rusiya arasında ciddi
konflikt yaranıb. Xüsusən də Krım məsələsində ciddi fikir ayrılıqları var. Vaşinqton
və London Krımı Rusiyanın ərazisi kimi tanımır. Ötən həftə Qara dəniz sahillərində
Böyük Britaniya gəmisinin Rusiya tərəfindən atəşə məruz qalması, ardınca
Londonun hərbi hava qüvvələrinin Aralıq dənizində rus hərbi gəmisini təhdid etməsi
göründüyü kimi gərginliyin artdığından xəbər verir. Britaniya isə bu gərginlikdə
ABŞ tərəfindən aktiv iştirakçıya çevrilib.
Bütün bu hərəkətlər Rusiyanı beynəlxalq müstəvidə sıxışdırmaq istiqamətində
atılan addımlardır. Çünki Moskvanın Qara dəniz sahillərindəki hərəkətliliyi Qərbi
narahat edir”.
Həmsöhbətimiz vurğulayıb ki, Böyük Britaniyanın
Rusiyaya qarşı belə hərəkətləri ABŞ Prezidenti Baydenin Londona olan səfərindən sonra aktivləşib. Politoloqa
görə, bu onun göstəricisidir ki, son
prosesdə London tək deyil, Vaşinqtonla birgə hərəkət edir.
M. Əsədullazadə düşünür ki, qarşıdakı dövrdə də belə qarşıdurmaların
şahidi olacağıq:
Rüfət SULTAN