Bayden Rusiya ilə sabit əlaqələrə ehtiyac olduğunu bəyan etdi

11:22 / 29.06.2021
1342
ABŞ lideri Co Bayden hesab edir ki, Moskva ilə
Vaşinqton arasında münasibətlər sabit və proqnozlaşdırılan olmalıdır.
"Rusiyada prezident Putinə açıq şəkildə
bildirdim ki, ortaq maraqlarımızın olduğu məqamlarda - nüvə silahının yayılmaması və iqlim dəyişikliyi
mövzusunda əməkdaşlıq etmək imkanımız olmalıdır”.
Sfera.az-ın RİA "Novosti”yə istinadla məlumatına
görə, Bayden bunu Demokratik Partiyanın Milli Komitəsinin tədbirində söyləyib.
Çıxışın stenoqramı Ağ Evin mətbuat xidməti tərəfindən
yayımlanıb.
İki ölkə arasındakı fikir ayrılıqlarından danışan
Bayden, kiberhücumlar və Amerika iqtisadiyyatına "müdaxilə" ediləcəyi
təqdirdə cavab tədbirləri görüləcəyinə
söz verib.
Bayden həmçinin sələfi Donald Trampı, ABŞ-ın müttəfiqləri
ilə dialoquna "təsəvvür olunmayan zərər" verməkdə günahlandırıb. Amma hansı zərərdən bəhs etdiyini açıqlamayıb.
Xatırladaq ki, Rusiya-ABŞ zirvə toplantısı iyunun
16-da Cenevrədə baş tutub.
Selcan
Sfera.az