Kim Çen İn arıqladı, xəstə olduğu ilə bağlı iddialar gücləndi - FOTOLAR

Kim Çen İn arıqladı, xəstə olduğu ilə bağlı iddialar gücləndi - FOTOLAR
Şimali Koreya lideri Kim Çen İnin son halı görənləri təəccübləndirib.
 
Sfera.az bildirir ki, ölkə başçısı həddən artıq çəki itirib. Son zamanlar daha az görünməyə başlayan Kim Çen İnin bu vəziyyəti xəstəlik iddialarını daha da gücləndirib.

Artıq Kim Çenin sağlamlıq durumu barədə Cənubi Koreya mediasında da məlumatlar yayılıb. Bu haqda Şimali Koreyadan hər hansı informasiya verilməsə də, mütəxəssislər ölkə başçısının son görüntülərini dəyərləndiriblər. Belə ki, Leeds Universitetinin professoru Aydan Foster Karterin sözlərinə görə, Şimali Koreya liderinin çəki atmış halı əvvəlkinə nisbətən daha yaxşıdır. Bəzi mütəxəssislər isə, əksinə, bunu mənfi qiymətləndirib.

Xatırladaq ki, ötən il Kim Çen İnin sağlamlıq vəziyyətinin yaxşı olmadığı və hətta öldüyü haqqında informasiyalar yayılmışdı.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR