Putin Sarkisyanı hədələdi

Putin Sarkisyanı hədələdi

Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiasiya sazişini imzalamağa hazır idi. Lakin Rusiya prezidenti Vladimir Putinin hədələrindən çəkinib bunu etmədi.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə adının açıqlanmasını istəməyən erməni diplomat Avropa İttifaqı məsələlərindən yazan EuObserver internet nəşrinə açıqlamasında deyib. "Biz Ukraynanın ardınca Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamağa hazırlaşırdıq. Ancaq Rusiya prezidenti Vladimir Putinin şantajına görə son anda fikrimizdən daşındıq", - diplomat deyib.

Erməni diplomatın sözlərinə görə, Putin Ermənistan hökumətini destabilizə etməklə və Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutmaqla hədələyib. "Yəqin ki, bizim Aİ ilə sazişdən imtina etməyimiz Ukraynada baş verənlərlə müqayisədə ödədiyimiz o qədər də baha qiymət deyil", - diplomat əlavə edib.

Xatırladaq ki, Ermənistan 2013-cü ilin payızında Aİ ilə Assosiasiya sazişinin imzalaması ərəfəsində mövqeyini kəskin dəyişib. Bu, prezident Serj Sərkisyanın qəfil Moskvaya çağırılmasından sonra baş vermişdi. Sərkisyan Moskvada Putinlə görüşəndən sonra elan edib ki, Ermənistan Avrasiya İttifaqına qoşulmağa qərar verib. 

Sonradan məlumatlar yayılmışdı ki, Putin Sərkisyana Azərbaycan tanklarının Qarabağa doğru necə irəliləyəcəyini əks etdirən planı göstərib, deyib ki, bu halda Rusiya Ermənistanın tərəfində olmayacaq.

İndi EUObserver qeyd edir ki, Ermənistan Putinin təhdidləri qarşısında qərarını dəyişsə də aprelin əvvəllərində Qarabağda hərbi əməliyyatlar hər halda alovlandı.


OXŞAR XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...