ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutuldu

Dünya
23:54 / 28.06.2021
1722
ABŞ-ın Suriyanın şimal-şərqindəki Deyr-ez-Zor əyalətində yerləşən hərbi bazası atəşə tutulub.
Sfera.az xəbər verir ki, bu barədə SANA agentliyi bildirib.
Məlumata görə, baza reaktiv mərmilərlə hücuma məruz qalıb.
"Deyr-ez-Zorda, Əl-Omar ərazisindəki Amerika bazasına reaktiv mərmilər buraxılıb", - xəbərdə deyilir.