İranın yeni seçilən prezidenti bu tarixdə and içəcək

Dünya
20:00 / 28.06.2021
1551
İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi avqustun 5-də and içəcək.
Sfera.az xəbər verir ki, andiçmə mərasimi İslami Şura Məclisində təşkil olunacaq.
Mərasimə yerli və bir sıra dünya ölkələrindən rəsmilərin qatılacağı gözlənilir.
Qeyd edək ki, o, iyunun 18-də keçirilən seçkilərdə ölkənin 13-cü prezidenti seçilib.