"Bu məsələ ABŞ-Rusiya münasibətlərinə təsir edəcək" - Rəsmi Moskvadan AÇIQLAMA

17:27 / 28.06.2021
1516
Rusiya Xarici İşlər nazirinin
müavini Sergey Ryabkov
kiber hücumlarla bağlı ABŞ-a müraciət
etdiklərini, lakin cavab ala bilmədiklərini deyib.
Sfera.az sputnik-ə istinadən xəbər verir ki,
S.Raybkov, Moskvanın Rusiyadakı dövlət quruluşlarına və sistemlərinə edilən
kiberhücumlarla əlaqədar ABŞ-a 40-dan çox məktub göndərdiyini, lakin müraciətlərinə
demək olar ki, cavab verilmədiyini söyləyib.
Kiber hücum məsələsinin Rusiya Prezidenti Vladimir
Putinlə ABŞ prezidenti Co Bayden arasındakı Cenevrə sammitində də gündəmə gəldiyini
söyləyən Ryabkov, Voronej bölgəsindəki sağlıq sisteminə qarşı açıq bir kiber
hücumdan bəhs etdiklərini, ancaq bu məsələyə ABŞ-dan cavab almadıqlarını qeyd
edib.
Belə bir yanaşmanı qəbuledilməz kimi xarakterizə edən
Ryabkov, "ABŞ hər hansısa şəkildə bütün şikayətlərinə cavab verməli olduğumuzu
düşünür, lakin onlar bizim şikayətlərimizə cavab vermirlər" deyə, bildirib.
Əzizə Zeynal
Sfera.az