İsveçin baş naziri istefa verdi

İsveçin baş naziri istefa verdi
İsveçin Baş naziri Stefan Lövfen istefa verib.

Sfera.az xəbər verir ki, buna səbəb baş nazirin iyunun 21-də parlamentdən etimad səsi ala bilməməsidir.

O, keçirdiyi brifinqdə parlament sədrinin təklifi olarsa, yenidən hökumət qurmaq istədiyini dilə gətirib.

"Koronavirus dönəmində erkən seçkiyə getmək yaxşı seçim deyil. Təkrar hökumət qurmağa namizədəm”, - S.Lövfen bildirib.


OXŞAR XƏBƏRLƏR