Vətən müharibəsi iştirakçısı intihar etdi - 2 medal almışdı

Vətən müharibəsi iştirakçısı intihar etdi - 2 medal almışdı
Şirvanda 33 yaşlı kişi intihar edib.

Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib. // "Qafqazinfo"

OXŞAR XƏBƏRLƏR