Bu ölkənin vətəndaşları peyvənd olunsalar belə, Aİ-yə buraxılmayacaqlar - Qadağa gəlir

Dünya
15:38 / 28.06.2021
2211
Almaniya COVID-19 əleyhinə peyvənd olunub-olunmamasından asılı olmayaraq bütün Böyük Britaniya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişini qadağan etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, buna səbəb COVID-19 epidemiyasının delta variantının Böyük Britaniyada geniş şəkildə yayılmasıdır.
Fransa prezidenti Emmanuel Makron öz növbəsində təklifi dəstəkləyib. Qərarın Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə də müzakirə ediləcəyi bildirilib. Yunanıstan, İspaniya, Portuqaliya və Maltanın bu qərara qarşı çıxacağı ehtimal edilir.
Almaniya kansleri Angela Merkel gələn həftə Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşəcək. Görüşdə Conson Merkeli qərarından vazkeçirməyə çalışacaq.
Əzizə Zeynal
Sfera.az