ÜST rəhbərindən peyvəndlərlə bağlı AÇIQLAMA

Dünya
08:50 / 28.06.2021
1767
Dünyada koronavirusa qarşı peyvəndlərə bərabərhüquqlu əlçatanlığın təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıra bilər.
Sfera.az-ın məlumatıəna görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Baş direktor bildirib: "Acı həqiqət budur ki, peyvəndlər ədalətli əsaslarla paylansaydı, hazırda biz pandemiyaya nəzarət edə bilərdik".
Onun sözlərinə görə, dünya ölkələri kifayət qədər məlumat, bioloji nümunələr, mənbələr, texnologiyalar və alətlərlə paylaşmırlar: "Böyük maliyyə və geosiyasi qüvvələri olan dövlətlər qlobal peyvənd tədarükünə nəzarəti ələ alıblar, dünyanın əksər yoxsul ölkələri isə unudulub".