Meydanda ürəyi dayanan futbolçu həyatla vidalaşdı

Meydanda ürəyi dayanan futbolçu həyatla vidalaşdı
İyunun 26-da Rusiyanın Həvəskar Futbol Liqasının oyunu zamanı meydandakı futbolçulardan birinin ürəyi dayanıb.
 
Sfera.az xəbər verir ki, hadisə Cənub-qərbi Moskva Liqasında baş verib.

Həkimlər oyunçuya ilkin yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktı Rusiyanın "Sport24" saytına açıqlamasında sözügedən liqanın prezidenti Dmitri Smirnov da təsdiqləyib:

"Bəli, təəssüf ki, belə olub. O da Kristian Eriksen kimi heç bir təmas olmadan qəfil yıxılıb. Oyun axşam keçirildiyindən isti də söhbət mövzusu deyil. İndiyədək həmin şəxsin kim olduğunu müəyyənləşdirə bilməmişik. Çünki adı iştirak ərizəsində olmayıb. Həmin şəxsi futbol oynamağa dostu dəvət edibmiş. Hazırda hadisənin təfsilatını araşdırmaqla məşğuluq".

Xatırladaq ki, hazırda davam edən AVRO-2020-nin açılış oyununda - Finlandiya ilə görüşün 42-ci dəqiqəsində Danimarka yığmasının yarımmüdafiəçisi Eriksenin ürəyi dayanmış, həkimlər onun həyatını xilas edərək xəstəxanaya çatdırmışdı.

OXŞAR XƏBƏRLƏR

İqtisadi Şurada dəyişikliklər müzakirə olunub

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən xəbər verilib.   İqtisadi Şuranın sədri, Ba...

MÜTDA-dan sosial şəbəkələrdə yayılan iddialara münasibət

Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya Məktəb...

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik...

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...