Avtomobil dayanacağında yanğın: 70-ə yaxın avtomobil yandı

Avtomobil dayanacağında yanğın: 70-ə yaxın avtomobil yandı

 

Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

 

Məlumata görə, hadisə nəticəsində 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb.

 

Yanğını təxminən iki saatdan sonra söndürmək mümkün olub.

 

Yanğının baş vermə səbəbləri məlum deyil.


OXŞAR XƏBƏRLƏR