"Neft Daşları"ndakı yeni meydançadan qazılmış ilk quyu istismara verildi
İqtisadiyyat
20:51 / 16.06.2016
1590
"Neft Daşları" yatağında yeni quraşdırılmış 1637A nömrəli estakadayanı meydançada ilk quyu qazmadan sonra istismara verilib.
Sfera.az SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 2643 nömrəli quyu qazlift üsulu ilə məhsul verib, 1677-1658 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.