Əlil sərnişinin təpik atması görənləri şoka saldı/ VİDEO

Əlil sərnişinin təpik atması görənləri şoka saldı/ VİDEO
Braziliyada soyğunçu avtobusa soxularaq pulları oğurlamağa çalışıb. Sürücüyə bıçaq göstərərək ondan pulları tələb edən soyğunçu, ciddi müqavimətlə üzləşib. Qazancını soyğunçuya vermək istəməyən sürücü ona hücum edib.

Sfera.az atv.az-a istinadən bildirir ki, maraqlısı budur ki, qarşıdurma zamanı sürücünün köməyinə avtobusda olan əlil sərnişin çatıb. Sol əli fiziki cəhətdən zəif olan gənc, soyğunçunun avtobusdan çıxması üçün qapıları açıb. Sürücünün müdaxiləsi ilə avtobusdan düşən soyğunçu, asanlıqla təslim olmaq istəməyib. O, yenidən hücuma keçib. Lakin bu zaman əlil sərnişinin özü soyğunçuya müqavimət göstərək, ona təpik zərbələri endirib.

Məhz sərnişinin səyi nəticəsində soyğunçu heç nə əldə edə bilməyəcəyini anlayaraq geri çəkilmək məcburiyyətində qalıb. Hadisə zamanı ciddi xəsarət alan olmayıb.
 
 

 

OXŞAR XƏBƏRLƏR