İşdən çıxarılan rektor qarğış etdi

İşdən çıxarılan rektor qarğış etdi
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yazılanlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib:

"Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar. Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını Allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar, nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını. Nurlana xanım peşəkarlıqla, vicdanla, insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil.75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!"

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...