"Neftçi"nin bombardiri: "Əsas oyunlarımız "Dinamo"ya qarşı olacaq"

"Yoldaşlıq görüşü də olsa, qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün belə matçlar bizə lazımdır".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Namik Ələskərov Sloveniyada "Domjale"yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun televiziyasına açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi toplanışda daha bir oyun keçirəcəklərini xatırladıb: "Çalışacağıq ki, həmin matçda da yaxşı oynayaq. Bizim üçün əsası Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağımız Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə oyunlardır. Həmin görüşlərə hazır olmaq lazımdır. İnanıram ki, Çempionlar Liqası matçlarınadək hər şey qaydasına düşəcək".

Ələskərov yeni transferlər Harramiz Soares və Sezar Meza Kolli haqqında da danışıb: "İlk gəldikləri gündən hər ikisinin səviyyəli futbolçu olduqları görünür. Meza Kollini tanıyırdıq. O, da hamımızı yaxşı tanıyır. Soaresin də bizimlə münasibəti yaxşıdır, yavaş-yavaş komandaya uyğunlaşır. İnanıram ki, hər ikisinin bizə xeyiri dəyəcək".

Qeyd edək ki, "Neftçi" daha əvvəl "Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib. Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, Namiq Ələskərov 2020/2021 mövsümündə 19 qolla bombardir olub.

OXŞAR XƏBƏRLƏR

MÜTDA-dan sosial şəbəkələrdə yayılan iddialara münasibət

Hazırda vakansiyalar yalnız həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələr üzrə təqdim olunur.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya Məktəb...

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik...

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...