Olimpiya çempionumuz üçün Olimpiada öncəsi son sınaq

Olimpiya çempionumuz üçün Olimpiada öncəsi son sınaq
Sabah Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək.

Sfera.az xəbər verir ki, üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcək.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hal-hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.

Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaq.

İyunun 25-dən 27-dək isə Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turniri keçiriləcək.

Ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq. Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.
 
(Oxu.az)

OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...