"NATO və Avropa Birliyi ikiüzlülük etdi" - Lavrovdan sərt AÇIQLAMA

Dünya
16:06 / 24.06.2021
1377
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 9-cu Beynəlxalq
Təhlükəsizlik Konfransındakı çıxışında aktual mövzulara dair açıqlamalar verib.
Sfera.az xəbər verir ki, NATO Zirvəsinin keçən həftə
keçirildiyini xatırladan Lavrov "NATO-nun Rusiyanı dayandırmaq üçün attıdğı
addımlar Avropada hərbi-siyasi gərginliyin artmasına səbəb olur. NATO bir daha
özünün uydurduğu reallıqdan kənara çıxa bilməyəcəyini təsdiqlədi. NATO Rusiyanın
davranışların təcavüzkarlıq kimi qəbul edir" - deyə, bildirib.
Rusiyanın NATO ilə dialoqa açıq olduğunu qeyd edən
nazir, Rusiya ilə NATO arasındakı təmas xətti boyunca hərbi təhlükəni azaltmaq
üçün konstruktiv təkliflərin müzakirə mövzusu olduğunu, NATO-nun Rusiya ilə hərbi
dialoq qurmaq istəmədiyini deyib.
ABŞ-ın 22 noyabrda Açıq Göylər Sazişindən çıxdığını
xatırladan Lavrov, "Bu, hərbi şəffaflıq çərçivəsində maraqlar balansını
çox pozdu. Bu şərtlərdə Moskvanın razılaşmaya sadiq qalması mənasız idi"
deyə, qiymətləndirmə edib.
Əzizə Zeynal
Sfera.az