CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq

İdman
14:13 / 24.06.2021
1341
"Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsinə İdman Arbitraj Məhkəməsində (CAS) avqustun 31-dək baxılacaq.
Bu barədə Sfera.az-a İbrahimovun özü məlumat verib. Sabiq klub rəsmisi bildirib ki, bu yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı iki aya təyin olunacağı göstərilib.
Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.