ABŞ İranın 33 saytının fəaliyyətini blokladı

ABŞ İranın 33 saytının fəaliyyətini blokladı
ABŞ Ədliyyə Nazirliyi İran İslam Respublikasının Radio-Televiziya Şirkətinin nəzdində fəaliyyət göstərən 33 İran saytının fəaliyyətini bloklayıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, internet resurslar məhkəmə qərarı ilə bloklanıb.

Qeyd olunur ki, İran saytları ötən il sanksiyalar siyahısına daxil edilmişdi.

Rəsmi Vaşinqton İranın nəzarətində olan saytların dezinformasiya yayaraq ABŞ-da keçirilən seçkilərin nəticələrinə təsir etdiyi iddia edir.

OXŞAR XƏBƏRLƏR