AVRO-2020: Stadiona girən qadın azarkeşə qadağa qoyuldu

İdman
19:50 / 23.06.2021
1721
Avropa çempionatının III turunun Finlandiya - Belçika matçında meydana girən qadın azarkeş bir daha oyunları izləyə bilməyəcək.
"Mutko protiv" teleqram kanalının məlumatına görə, Tibb Universitetinin 20 yaşlı tələbəsinin fanat pasportu (Fan ID) blok edilib.
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilmiş görüş Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.
(Report)