Prezident onlara general-mayor rütbəsi verdi

19:14 / 23.06.2021
2395
Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Ramazanova "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az sərəncamın mətnini təqdim edir:
Polkovnik Rafiq Sultan oğlu Ramazanova "general-mayor” ali hərbi rütbəsi verilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlyas Rzayevə "ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə "ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilsin.