BMT-nin ali nümayəndəsi Azərbaycana rəğbətindən DANIŞDI

18:37 / 23.06.2021
1540
"İspaniyanın xarici işlər naziri olduğum zamandan Azərbaycana xüsusi sevgim olub”.
Sfera.az xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos deyib.
Onun sözlərinə görə, Azərbaycanın xüsusi nailiyyətləri var ki, onları danmaq olmaz:
"Bu ölkədə adət ənənələr məsələlərə yanaşmada, səxavətlilikdə özünü büruzə verir. Azərbaycana səfərim çərçivəsində məndə müsbət təəssüratlar yarandı. Vətəndaşlarınız səfərbər olaraq gələcək layihələrə dəstək olurlar. Biz sanki tarixin növbəti fəslinə qədəm qoymuşuq”.