Ermənistanda səslərin təkrar sayılması nəticəni dəyişəcəkmi? - ŞƏRH

15:50 / 23.06.2021
1795
Xəbər
verdiyimiz kimi, Ermənistanda növbədənkənar
parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsində səslər təkrar sayılacaq.
Şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması bu gün həyata
keçiriləcək.
Maraqlıdır, səslərin yenidən hesablanması ümumi nəticəyə necə təsir edəcək? Nikol Paşinyanın seçkilərdə uduzmaq ehtimalı varmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə səslərin yenidən hesablanmasının Paşinyanın xeyrinə olacağını deyib:
"Ermənistanda bəzi seçki məntəqələrində səslərin yenidən sayılması ilə seçki nəticəsi o qədər də dəyişməyəcək. Əksinə, Nikol Paşinyan üçün verilən səslər daha da arta bilər. Artıq Qarabağ klanı, Koçaryan fiaskoya uğrayıb. Xalq Nikol Paşinyana indi polad mandat kimi legitimlik verib".
Politoloq Nikol Paşinyanın blokadadan çıxmaq istəyinin olduğunu deyib: "Paşinyanın xarici siyasətində əsas dəyişiklik Qərblə inteqrasiyanı gücləndirmək olacaq. Qarabağ məsələsinə gəldikdə isə Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa maraqlıdır. Baxmayaraq ki, ikinci və üçüncü dərəcəli məmurlar Qarabağın statusu ilə bağlı məsələ qaldırırlar lakin yenə də Paşinyan onların mövqeyindən çıxış etmir. İndi Paşinyanın əsas məqsədi ölkəsini blokadadan çıxarmaqdır".
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçirilib. Səsvermə günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçici iştirakı 49,4 % təşkil edib.Nikol Paşinyanın partiyası 53,92 % səslə qalib gəlib.
Əzizə Zeynal
Sfera.az