Azərbaycanda nə qədər işsiz var?

Azərbaycanda nə qədər işsiz var?
2021-ci ildə məşğul əhalinin sayında artım, işsizlərin sayında azalma dinamikası müşahidə edilir. İlin ilk 5 ayının məlumatına əsasən iqtisadi fəal əhalinin sayı 5,269 milyon nəfər olub, onlardan 4,908 milyonu məşğul əhalidir. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, iqtisadi fəal əhalinin 361 min nəfəri və ya 6,85 faizi işsizdir. 

Xatırladaq ki, 2020-ci ilin sonunda məşğul əhalinin sayının azalması, işsizlərin sayının artması müşahidə edilmişdi. 2019-cu ildə 4,938 milyon nəfər olan məşğul əhalinin sayı 2020-ci ildə 4,877 milyon nəfərə düşmüşdü. Nəticədə, 2019-cu ildə 251,6 min olan işsizlərin sayı ötən il 375,9 minə yüksəldi. İl ərzində işsizlərin sayı 124,3 min və ya 49,4 faiz artdı. Artımla əlaqədar ölkəmizdə işsizliyin səviyyəsi 4,8 faizdən 7,2 faizə yüksəldi. 

2021-ci ilin iyunun 1-də işsizlik səviyyəsi 6,85 faizə düşsə də hələ də, 2019-cu ildəki səviyyədən xeyli yüksəkdir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...