DİM: Ötən il abituriyentlərin 42,8%-i 200-dən az bal toplayıb

DİM: Ötən il abituriyentlərin 42,8%-i 200-dən az bal toplayıb
Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında toplanılması mümkün olan maksimal bal 700 olub.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, ötən il abituriyentlərin 42,8 faizi imtahandan "2”, 21,0%-i "3”, 26, 6%-i "4”, 9, 7%-i isə "5” qiymət alıb.

2019-cu ildə bu göstəricilər uyğun olaraq, 40,2%, 20,4%, 28,3%, 11,1% olub. Göründüyü kimi, keçən il "2” və "3” qiymət alanların faizi nisbətən artmış, "4” və "5” qiymət alanların faizi isə nisbətən azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanmasına gəlincə, onların 27,1%-ni "3”, 50,3%- ni "4”, 17,8%-ni isə "5” qiymət alanlar təşkil edib.

2019-cu ildə bu göstəricilər, uyğun olaraq 25,4%, 49,5%, 19,2% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 49,62%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin təxminən yarısının (49,62%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin böyük əksəriyyətinin nəticəsi, əsasən, 100 və daha yuxarı bal intervallarında olub (89,73%).

Tam orta məktəbi bütün fənlərdən "3” qiymətlə başa vuran məzunların 94,13%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. "5” qiymətlə bitirən məzunların isə yalnız 32,06%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

 

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...