“Nə həyəti var, nə qarajı, nə də yanğın təhlükəsizliyi...” – Yeni tikililərə nəzarət edilmir?

13:26 / 23.06.2021
1602
"Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər
yanğın olan binaya gedə bilmədi. Necə ola bilər ki, sən binaların o vəziyyətdə
tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını
girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər”.
Bunu ötən gün Milli Məclisdəki çıxışında deputat
Fazil Mustafa deyib. Bununla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev
isə Sfera.az-a açıqlamasında bildirib ki, çoxmənzilli binalar zəruri olan təhlükəsizlik
qaydalarına, norma və standartlara riayət edilməklə tikilməlidir:
"Həm ekoloji təhlükəsizlik, həm sanitar-gigiyenik
normalar, həm də sağlam yaşayış mühiti olması nəzərə alınmaqla binalar inşa
edilməlidir. Binaların tikintisi zamanı keyfiyyətli və ekoloji təmiz tikinti
materiallarından istifadə edilməli, binalararası ara məsafə gözlənilməli,
binanın yanğın təhlükəsizliyinə dair bütün normalara riayət edilməklə tikintisi
aparılmalı, fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yeri, ehtiyat su çəni,
yanğın siqnalizasiya vasitələri, ilkin yanğınsöndürən vasitələr, su dirəkləri
ilə təchiz olunmalıdır. O cümlədən binanın həyətinə giriş yollarında əlavə
tikili və qurğular, avtomobillərin park edilməsi, hər hansı maneələrin
quraşdırılmasına yol verilməməlidir. Fövqəladə vəziyyətdə, yanğın təhlükəsi
zamanı xilasetməyə gələn qurumların maşınları, yanğınsöndürən maşınların rahat
və maneəsiz hərəkəti təmin olunmalıdır ki, vaxtında müdaxilə olsun, insanların
az zərər çəkməklə hadisənin qarşısı alınsın”.
Ekspert qeyd edib ki, bəzi binalar bir-birinin içərisində
tikilib, yaxud beş mərtəbəli binaların arasında 16 mərtəbəli bina mövcuddur və
onun nə həyəti var, nə qarajı, nə də yanğın təhlükəsizliyinə dair vasitələrlə təchiz
edilib:
Günay Rəsulqızı