“Rusiya və İran prezidentləri Şuşaya gələ bilməz, çünki...” - Politoloq

“Rusiya və İran prezidentləri Şuşaya gələ bilməz, çünki...” - Politoloq
"Türkiyə Azərbaycan üçün qardaş ölkədir və prezident Rəcəp Tayyip Ərdoğanın Şuşaya gəlməsi təbii proses idi. Çünki Türkiyə Vətən Müharibəsində yanımızda olub. Digər dövlət başçılarının, məsələn, Rusiya prezidenti Putinin Şuşaya gəlməsi isə qeyri-mümkündür”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, müharibə dövründə Rusiya Şuşanın azad edilməməsinə çalışırdı:

"Şuşaya atılan "İsgəndər” raketləri də məhz Rusiyanın birbaşa tapşırığı ilə həyata keçirilib. Yaxud, İran İslam Respublikası liderinin Şuşaya səfər ehtimalından danışarkən qeyd etmək lazımdır ki, bu ölkə də Qarabağın işğaldan azad olunmasını həzm edə bilmirdi. Ermənistana bu prosesdə istənilən köməyi edirdi. İndi də Qarabağdakı ermənilərə logistik dəstək göstərir. Sözügedən ölkənin tırları Ermənistan ərazisindən keçməklə Laçın dəhlizinə gedib saxta nömrələrlə  ermənilərin tərəfini tuturlar. Yəni, İran prezidenti də heç vaxt Şuşaya gəlməz”.

Müsahibimiz həmçinin Şuşaya hansı ölkə liderlərinin gələcəyindən də söz açıb: "Azərbaycan üçün əsas tərəfdaş ölkələr – Özbəkistan, Qazaxıstan, Pakistanın dövlət rəhbərləri səfər edə bilərlər. Bu istiqamətdə Azərbaycan üçün əsas meyar budur”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR