“NATO sərhədlərimizə yaxınlaşır, narahatıq” - Putin

“NATO sərhədlərimizə yaxınlaşır, narahatıq” - Putin
Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib ki, NATO Rusiya sərhədləri yaxınlığına qoşun yığır.

NATO-nun Rusiya sərhədləri yaxınlığına qoşun yığması, eləcə də alyansın Moskvanın təkliflərini detallı təhlil etməkdən imtina etməsi Rusiyanı narahat edir.
Sfera.az-ın məlumatına görə, bunu Vladimir Putin bildirib.
 
"Ümid edirik ki, sonucda sağlam düşüncə və bizimlə konstruktiv əlaqələr inkişaf etdirmək istəyi qalib gələcək", - deyə Putin Beynəlxalq Təhlükəsizlik üzrə Doqquzuncu Moskva Konfransının iştirakçılarını salamlayarkən söyləyib.
 
Qeyd edək ki, konfrans 22-24 iyunda Moskvada keçirilir. Bu müdafiə nazirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrini və  qeyri-hökumət təşkilatlarının ekspertləriqlobal təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün bir araya gətirən illik forumdur.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR