Polis əməliyyat keçirdi, görün evdən nələr tapıldı - FOTO

Polis əməliyyat keçirdi, görün evdən nələr tapıldı - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub.
 
Sfera.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan "Makarov” və "Naqan” markalı 2 tapança, 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd ov tüfəngi, 1 ədəd idman tapançası, 1 ədəd pnevmatik "TİR” tüfəngi, 22 ədəd patron, 1 ədəd patron darağı, 9 ədəd giliz, 5 ədəd bıçaq, qırma və piston aşkar edilərək götürülüb.
 
Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.
 
Hər iki faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...