Filippin prezidenti peyvəndlənməkdən imtina edənləri həbslə təhdid etdi

Dünya
12:51 / 22.06.2021
1243
COVID-19-a qarşı çətinliklə mübarizə aparan Asiya ölkəsi Filippinin dövlət başçısı Rodriqo Duterte peyvəndlənməkdən imtina edənləri həbslə təhdid edib.
Sfera.az xəbər verir ki, prezident bu təhdidi paytaxt Manilada peyvəndlənmə kampaniyasına qatılanların sayının az olması səbəbilə edib.
Televiziya kanallarında yayımlanan nitqində peyvənd olunmaq istəməyənlərə müraciət edən R.Duterte, "Öz seçimini et, ya peyvənd olun, ya da həbs. Məni yanlış anlama, bu ölkədə sağlamlıq böhranı hökm sürür”, - deyə vurğulayıb.
Qeyd edək ki, indiyədək 1.4 milyona yaxın yoluxma aşkarlanan Filippində virus səbəbilə 24 minə yaxın insan həyatını itirib
110 milyon əhalisi olan ölkədə təxminən 2.1 milyon insan peyvəndin hər iki dozasını qəbul edib.
Əzizə Zeynal
Sfera.az