Canni De Byazi Azərbaycan millisini tərk edə bilər

Canni De Byazi Azərbaycan millisini tərk edə bilər

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçə bilər.

Sfera.az-ın məlumatına görə, belə bir iddia ilə "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib. Həmkarımız instaqramda video paylaşaraq, telefonunda 65 yaşlı mütəxəssisin fotosunu göstərib və onun tezliklə hansısa klubun baş məşqçisi olacağını bildirib. Lakin o, konkret komanda adı çəkməyib.

De Byazi "Sampdoriya"nın baş məşqçisi ola bilər. Çünki bu klubun idman direktoru Karlo Osti daim təcrübəli mütəxəssisin işini bəyənib. Hətta italiyalı baş məşqçi ötən mövsüm bu komandaya rəhbərlik etməyə yaxın olub.

Lakin Di Martsionun sözləri "Fiorentina" və "Spetsiya"ya da şamil edilə bilər. Bu komandalar da hazırda yeni baş məşqçi axtarışındadırlar. Di Byazi ilə bağlı yeniliyin tezliklə açıqlanacağı bildirilir.

Qeyd edək ki, "Sampdoriya"ya ötən mövsüm Klaudio Ranyeri rəhbərlik edib. Komanda A Seriyasını 9-cu pillədə başa vursa da, Ranyeri müqaviləsini uzatmayıb.



OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...