AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu
Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdamda Uels - Danimarka, İngiltərənin paytaxtı Londonda İtaliya - Avstriya görüşləri keçiriləcək. Birinci cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçının iştirakçı komandalarından biri olacaq. Uels Danimarkaya qalib gəlsə, yenidən Azərbaycan paytaxtına səfər edəcək. Robert Peycin baş məşqçi olduğu kollektiv A qrupunda 4 xal toplayaraq, ikinci yeri tutub. Bu xallar məhz Bakı Olimpiya Stadionunda İsveçrə (1:1) və Türkiyə (2:0) ilə qarşılaşmalarda qazanılıb. Danimarka isə B qrupunda 3 xalla 2-ci olub.

A qrupundakı hər 3 görüşünü qələbə ilə başa vuran İtaliya 9 xalla 1-ci yeri tutub. Avstriya isə C qrupunda 6 xalla 2-ci olub.

Qeyd edək ki, Bakıya gələcək digər komanda C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland ola bilər. Bundan ötrü "narıncılar" D, E və ya F qrupunda 3-cü yeri tutmuş komandalardan biri ilə görüşdən qalib ayrılmalıdırlar.


OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...