Uşaqlara da korona vaksini vurulacaq? - ÜST açıqladı

Uşaqlara da korona vaksini vurulacaq? - ÜST açıqladı
""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".

Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:
"İndiyə qədər ÜST-ün fövqəladə hallarda istifadə siyahısına daxil olan heç bir COVID-19 peyvəndi uşaqların istifadəsi üçün təsdiqlənməyib. Təsdiq olunarsa, yanaşı xəstəliklər nəzərə alınmaqla, uşaqların peyvənd olunması üçün aydın bir yol xəritəsi veriləcək. Hazırda yanaşı xəstəlikləri olmayan uşaqların peyvənd olunmasından öncə, peyvəndlərin dünyada ədalətli şəkildə paylanmasına diqqət yetirilməlidir", deyə ÜST-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında "Sinovac Biotech” şirkətinin "CoronaVac” vaksinin istifadəsinə icazə verilib. Şirkətdən bildirilib ki, "CoronaVac” peyvəndinin 3-17 yaş qrupunda kliniki sınaqların araşdırmaları həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, "CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb./Medicina.az/

OXŞAR XƏBƏRLƏR

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır.    Sfera.az ...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...