Ombudsmanın minaların yaratdığı ağır nəticələrlə bağlı hesabatı yayımlandı

Ombudsmanın minaların yaratdığı ağır nəticələrlə bağlı hesabatı yayımlandı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən işğal dövründə və daha sonra basdırılan minaların səbəb olduğu insan tələfatı ilə bağlı Ad hoc hesabat ünvanlayıb.

Sfera.az xəbər verir ki, hesabatda Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə yanaşı, düşmən tərəfin silahlı qüvvələrinin və diversant qruplarının həm Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı, həm də münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların partlaması nəticəsində baş verən çox saylı insan tələfatı barəsində məlumat verilib. Bundan əlavə, hesabatda Ermənistanın beynəlxalq hüquqla yanaşı, beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozması hüquqi cəhətdən əsaslandırılıb. 

Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Ombudsman hesabatda Ermənistan dövlətinin beynəlxalq hüquq və beynəlxalq humanitar huquq normalarına, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi, bununla 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə maneə törətməsi ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını günahsız insanların həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az xəbər verir ki, lirənin m...