Baş Prokurorluğun əməkdaşı Litvada monitorinqdə iştirak etdi

Baş Prokurorluğun əməkdaşı Litvada monitorinqdə iştirak etdi
Azərbaycan Prokurorluğunun nümayəndəsi Avropa Şurasının GRECO təşkilatının Litva üzrə V raund monitorinqində iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu - Korrupsiya əleyhinə dövlətlər qrupu/GRECO-nun Litva respublikası üzrə V raund monitorinqi həyata keçirilib. Avropa Şurasının ekspertlər qrupunun tərkibində İsveç, Fransa, İspaniya və Latviya kimi ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev iştirak edib.

Səfər çərçivəsində Litva hökuməti tərəfindən təqdim edilmiş məlumatlar ekspertlər qrupu tərəfindən təhlil olunub.

GRECO-nun payız iclasında səfərin nəticələrinə dair hesabatın və Litva höküməti üçün tövsiyələrin hazırlanaraq müzakirə olunması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Qazi jurnalistlər Türkiyəyə gedir

Azərbaycandan olan bir qrup jurnalist Türkiyəyə səfər edəcək. Səfər iyul ayının 28-də başlayacaq.   Sfera.az bildirir ki, MediaTürk TV-nin təşəb...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...