Vaksinasiya ilə bağlı bilinən yanlışların doğru CAVABLARI

Vaksinasiya ilə bağlı bilinən yanlışların doğru CAVABLARI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Sfera.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanmışdır. Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirirdilər. Buna görə də onların adı müvafiq olaraq "Həqiqət” və "Əfsanə” olaraq seçilmişdir. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülmüşdür.

Qeyd etmək yerinə düşər ki, bu məzmun "Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq” şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsi idi.

Kampaniyanın kommunikasiya strategiyası "Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.
 


OXŞAR XƏBƏRLƏR

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır.    Sfera.az ...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...