Sarkisyan: "Prezident idarəçiliyini geri qaytarmalıyıq"

Sarkisyan:
"Ermənistan yenidən prezident respublikası və hamı üçün daha proqnozlaşdırılan ölkə olmaq üçün konstitusiyasını dəyişdirməlidir".

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Qətər İqtisadi Forumu zamanı videobağlantı ilə danışarkən bildirib.

"Əminəm ki, böyük potensialımız var, ilk növbədə də İT texnologiyaları sahəsində. Lakin bundan əvvəl konstitusiyamızı dəyişdirməli, prezident idarəçiliyini geri qaytarmalıyıq. Çünki mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”, - o deyib.

Xatırladaq ki, 2015-ci ildə konstitusiyaya düzəlişlərin qəbulundan sonra Ermənistan prezident idarəetmə üsulundan parlamentli idarəetmə formasına keçib.

Qeyd edək ki, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. 21 partiya və 4 blokun iştirak etdiyi seçkidə Nikol Paşinyanın Vətəndaş Razılaşması Partiyası bütün seçki məntəqələrindən alınan səslərin hesablanması yekununda 53,92% səslə qalib gəlib. Keçmiş prezident Robert Köçəryanın rəhbəri olduğu "Ermənistan” bloku isə cəmi 21,04% səs toplaya bilib.


OXŞAR XƏBƏRLƏR

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az xəbər verir ki, lirənin m...