Ən çox maaş verən iş yerləri - FOTO

Ən çox maaş verən iş yerləri - FOTO
2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqlarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.

Dövlət müəssisələrində əmək haqqı ötən ayla müqayisədə 0,8 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 3,2 faiz artsa da, illik müqayisədə 5,5 faiz azalıb.

Azərbaycanda neft-qaz sektorunda əmək haqqı 3 209 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,1 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əmək haqqı 670,6 manatı təşkil edib, bu da aylıq müqayisədə 1,5 faiz, illik müqayisədə isə 0,1 faiz çoxdur.

May ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
 



OXŞAR XƏBƏRLƏR

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az xəbər verir ki, lirənin m...