Şəhid və qazi ailəsinin müraciəti təmin edildi - VİDEO

Şəhid və qazi ailəsinin müraciəti təmin edildi - VİDEO
Birinci Qarabağ Müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edən, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov "Azəriqaz” İB-yə müraciət edərək, Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib.

Qurumdan Sfera.az-a verilən məlumata görə, qısa müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.

Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb.

O, Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Onun fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Qeyd edək ki, onun oğlu Zaur Abbasov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.


OXŞAR XƏBƏRLƏR

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az xəbər verir ki, lirənin m...