Avro-2020: 1/4 final üçün Bakıya hansı komandalar gələ bilər?

Avro-2020: 1/4 final üçün Bakıya hansı komandalar gələ bilər?
Avro-2020-də artıq qrup mərhələsi sona yaxınlaşır və iyunun 23-də son oyunlar oynanılacaq. 
 
Sfera.az xəbər verir ki, 24-25 iyunda istirahət günləri olacaq və 26-dan etibarən 1/8 final mərhələsinə start veriləcək.

Bu mərhələdə Azərbaycanda heç bir oyun baş tutmayacaq. Bakıda növbəti Avro-2020 qarşılaşması 1/4 final mərhələsinin oyunu olacaq.

İyulun 3-də baş tutacaq qarşılaşma üçün paytaxtımıza hansı komandaların gələcəyi hələ ki, bəlli olmasa da, ehtimallar var.

Daha doğrusu UEFA-nın təqviminə görə, 1/8 final mərhələsində 3-cü cütün qalibi ilə, 1-ci cütün qalibi Bakı Olimpiya Stadionunda yarımfinal üçün mübarizə aparacaq.

Bu komandalar kimlər ola bilər?

Qrupdan növbəti mərhələyə vəsiqə qazanmış Niderland yığması 3-cü cütün ilk bəlli olan komandasıdır. Onun rəqibi isə D, E və F qruplarından çıxan 3-cü yeri tutmuş komandalardan biri olacaq. Əgər D qrupunda 3-cü yeri tutan komanda 1/8 finala vəsiqə qazanan 4 ən yaxşı 3-cü yerdən biri olarsa, Niderland yığmasına rəqib olacaq. Əgər yox, 3-cü yeri tutan komanda ən yaxşı "4-lük” arasına düşməzsə, E qrupunun 3-cüsü bunu bacaracağı halda Niderlandla 1/4 final üçün mübarizə aparacaq. Burada da qrup 3-cüsünün nəticəsi növbəti mərhələ üçün kifayət etməsə, F qrupunun 3-cüsü Bakıda oynamaq üçün mübarizə aparacaq.

Bəs, bu qruplarda hansı komandalar yer alıb:

D qrupunda Çexiya, İngiltərə, Xorvatiya və Şotlandiya yer alıb. Bu qrupda 3-cü pilləni isə Xorvatiya və ya Şotlandiya tutacaq. Çünki Xorvatiya İngiltərəyə, Şotlandiya isə Çexiyaya uduzub. Bu halda heç bir komanda qrup ikincisi ola bilmir.

E qrupunda İsveç, İspaniya, Slovakiya və Polşa yer alır. Maraqlıdır ki, bu qrupda 4 komandanın hər biri 3-cü pillədə yer ala bilər.

Niderland üçün ən maraqlı rəqib isə F qrupundan çıxa bilər. "Ölüm qrupu” adlandırılan qrupda Fransa, Almaniya, Portuqaliya və Macarıstan yer alıb. Macarların şansı nə qədər az dəyərləndirilsə də, onlar da 3-cü pilləyə sahib çıxa bilərlər. Ümumiyyətlə, E qrupu kimi bu qrupda da 3-cü pilləni hansı komandanın tutacağı bəlli deyil.

1-ci cütdə yer alacaq ilk komanda isə Bakıda 2 matçını keçirən Uels yığmasıdır. A qrupundan 2-ci pillənin sahibi kimi 1/8 finala vəsiqə qazanan britaniyalılar öz rəqibini gözləyir. Onların rəqibi isə B qrupunun ikincisi olacaq. Bu isə Finlandiya, Danimarka və ya Rusiya olacaq. 

"Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...