Flora Kərimova Röya haqqında: "Heç vaxt sənətkar ola bilməz" - VİDEO

Flora Kərimova Röya haqqında: "Heç vaxt sənətkar ola bilməz" -  VİDEO

Sfera.az gecce.az-a istinadən xəbər verir ki, "ATV Maqzin onlarla" verlişinin bu həftəlik "hit mahnılar" 

rubrikasında Elton Hüseynəliyev layiq bildiyi sənətçiləri seçib. Xalq artisti Flora Kərimova isə onun 

seçimi olan sənətçiləri şərh edib.

Elton qaydaya görə, 10-cu pillənin sahibini seçdi. O, Günay İbrahimlini fotosunu götürərək: "Günay

 İbrahimlinin öyrənəcəyi çox şey var, hələ gəncdir. Bu siyahıda olanlar qədər hələ sənətçdə öz sözünü 

deməyib. Ona görə də, hit paradda onun yerini 10-cu edirəm". 

Ramalı 9-cu edən Elton daha sonra bunları dedi: "Ramalı 9-cu pilləyə layiq bilməsəm də, seçmək qərarındayam.

 Çünki onun sənətini, səsin bəyənirəm". 

8-ci pillədə Zamiq seçildi. Flora Kərimova Zamiqin geyim tərzini bəyəndiyini bildirərək bunu deyib:

 "Əndamı yanmış, bacarır geyinməyi".

Elton Nadir Qafarzadəni 7-ci pilləyə atdı, Flora Kərimova isə Nadirlə barışdığını təsdiqlədi:

"Nadirin səsin çox sevirəm. Mən övladlarımdan küsmürəm. Ana balasından necə küsə bilər? Amma çox kinliyəm". 

6-ci pillədə Abbas Bağırov qərar tutdu. Elton "Bu gün mənim sənətdə rəqibim Abbas Bağırovdur" dedi.

Həftənin əlaçısı, Flora Kərimovanın küsülü olduğu Sevda Ələkbərzadə seçildi. 

Flora xanım bunları dedi: "Sevda xanım mənə qarşı çox aqrresivdir. O, "Sarı gəlin"i oxuyanda, qüsur tapdım. 

Eşitdim çox hirslənib, hətta mənlə salamlaşmırda. Mən onu sırf caz ifaçısı kimi qəbul eləmirəm. Amma

 zəhmətsevərdir". 

Elton Aygün Kazımovanı 4-cü gördü: "4-5 illik yaxın dostluğumuz olub. Amma indi Aygün xanımla 

danışmırıq. Sənətinə, özünə hörmətim var. Aygün xanımın sənətdə etdiklərini heç kim edə bilməz". 

Elton 3-cü yerdə qərarlaşan Natavan Həbibini təriflədi, Flora Kərimova isə aralarında olan soyuqluqdan 

danışdı.

Elton: "Bir ifaçıya zəng eləsən ki, gəl studiyada mahnılarımın bek-vokalını ifa elə. Adama sərt cavab verər ki,

 "sən kimsən, sənin üçün bek oxumalıyam?". Amma Natavan nəinki mənim, çox dostlar üçün bu əziyyəti çəkib".

Flora Kərimova: "Düşünürəm ki .bizim münasibətimiz hamar deyil. Nəsə mənə mane olur ona istilik göstərməyimə. Mənimlə onun arasında böyük bir aysberq var, isinişə bilmirəm. İnsan kimi üşüyürəm, onunla bir yerdə olanda. 

Mənə elə gəlir, onda istiqanlılıq yoxdur". 

2-ci pillədə Elton Brlliant Dadaşovanın adını çəkdi. Lakin Flora Kərimova bu seçimlə razılaşmadı:

"Mən heç var Brilliant xanımı ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan səsdir. 

Elton Brilliant xanımın fotosunun üstünə barmaq vuraraq aqressiv şəkildə bunları dedi: "Paxıl insandır, ona görə 

sənətin qəbul edə bilmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilmərsiniz. Sənətkar o insandır ki, 

sözün düzünü deməyi bacarsın".

Elton küsülü olduğu Röyanı zirvədə gördü, Flora xanım isə bunu qəbul etmədi. 

Elton: "Bu seçim Röya üçün jest deyil. Onun mahnısı bu qədər mahnıların içində hitdir. Ədalətli seçimdir. Qaldı danışmamağa, onunla heç vaxt danışmayacam. Mən Brilliant xanımın ifasına ağlamamışam, amma Röyanın ifasına ağlamışam. Hərdən ürək insanı danışdırır, ağıl yox". 

Flora xaınm isə müğənninin mahnıya görə seçildiyini bildirdi və Röya haqqında bunu dedi:

Röya illərlə gündəmdə ola bilər, amma böyük mənada sənətkar ola bilməz. Röyanın naxşı ondandır ki, mahnıları 

gözəldir. Gözəl ürəyi var. Amma ürəyi olan, sənətkar ola bilməz. Çünki sənətkara texnika lazımdır. Röya 

eyni tərzdə oxuyur. Röyanın heç bir mahnısı obraz etibarı ilə bir-birindən fərqlənmir.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...