Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək (CƏDVƏL)

Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək (CƏDVƏL)

Sabah saat 16:50-dən etibarən Formula 1 şəhərciyinin səhnəsində Avropa Qran Prisində iştirak edən pilotların avtoqraf sessiyası təşkil olunacaq.

Sfera.az bildirir ki, Trend-ə Bakı Şəhər Halqasından (Baku City Circuit) verilən məlumata əsasən, növbəti avtoqraf sessiyaları yarış həftəsonunun hər bir günündə müxtəlif komandaların iştirakı ilə yenə eyni yerdə keçiriləcək.

Tamaşaçılara tövsiyə olunur ki, sevimli komandaları ilə rahat görüşə bilmək üçün məkana təyin olunan vaxtdan bir qədər tez gəlsinlər. Avtoqraf sessiyalarının cədvəli:

 

 
Cümə axşamı, 16 iyun:

Ferrari 16:50 - 17:10
Red Bull 18:00 - 18:20
Mercedes 18:20 - 18:40
Toro Rosso 18:40 - 19:00

Cümə, 17 iyun:

Haas F1 Team 11:00 - 11:20
McLaren 11:00 - 11:20

Şənbə, 18 iyun:

Renault 12:20 - 12:40
Force India 12:40 - 13:00

Bazar, 19 iyun:

Manor 12:40 - 13:00
Williams 13:00 - 13:20
Sauber 14:00 - 14:20

İyunun 16-ı, cümə axşamı günü istənilən tribunaya bileti olan azarkeşlər Pit Yolunda təşkil olunacaq gəzintidə iştirak edərək Formula 1 aləminə daha da yaxınlaşmaq imkanına sahib olacaqlar. Saat 18:30-dan 20:30-dək davam edən gəzinti zamanı qonaqlar Pit Yolu boyunca gəzərək komandaların yarışa hazırlığını və pit-stop əməliyyatlarını yaxından izləyə biləcəklər. Gəzinti üçün Pit Yoluna Formula 1 Şəhərciyində yerləşən Abşeron tribunasının yanında əvvəlcədən təyin olunmuş qapıdan girmək mümkün olacaq.

 



OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...