Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib
Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə yaramayan) idxal edir. Ölkəmiz bu vəziyyətdə olan məhsulların idxalı ilə bərabər onların ixracını da həyata keçirir. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-may ayları ərzində ölkəmizə işlənmiş geyimlərin və cır-cındırın idxalı azalıb, ixracı isə artıb. İlk 5 ayda köhnə, nimdaş malların idxal dəyəri 18,1 milyon dollar, ixracı 9 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə köhnə geyim və cır-cındır idxalı 4,6 milyon dollar azalıb, ixracı 620 min dollar artıb. 

2020-ci ilin yekunlarına görə isə Azərbaycan 57,357 milyon dollar dəyərində nimdaş geyim malları idxal edib. Əvəzində 20,26 milyon dollar dəyərində nimdaş mal satıb. 

Azərbaycan işlənmiş geyimlərin və cır-cındırın ticarətini son illərdə xeyli artırıb. 2014-cü ildə ixrac 12,4 milyon dollar, idxal 7,6 milyon dollar idi. 2016-cı ildə ixrac 10,8 milyon dollara düşdüyü halda, idxal 26 milyon dollara yüksəldi. 2018-ci ildə ixrac 22 milyon dollara, idxal 36 milyon dollara qədər artıb. 
Statistika göstərir ki, işlənmiş geyimlərin və cır-cındırın idxalında ən yüksək göstərici 2020-ci ildə, ixracda ən yüksək göstərici 2018-2019-cu illərdə olub.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...