İdxal 6 faiz aşağı düşüb, istehsal artıbmı? – İqtisadçıdan açıqlama

İdxal 6 faiz aşağı düşüb, istehsal artıbmı? – İqtisadçıdan açıqlama
Ötən ilin eyni dövrü ilə müqayisədə, kərə yağı, düyü kimi digər ərzaq məhsullarının ölkəyə idxalı 6 faizədək aşağı düşüb. Yalnız buğda idxalında artım müşahidə edilib.
 
Maraqlıdır, ərzaq məhsullarının idxalının azalması daxili istehsalın artdığının göstərcisi ola bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Nazim Bəydəmirli daxili istehsalın artması fikri ilə razılaşmır: "Daxili istehsal artmış olsaydı, çox sevinərdik. Amma belə deyil. Idxaldakı azalma isə iqtisadi daralma ilə bağlı ola bilər. Eyni zamanda pandemiya dövründə vətəndaşların alıcılıq qabiliyyəti azaldığına görə ümumilikdə bütün ölkələrin xarici iqtisadi əlaqələrində azalmalar müşahidə olunur.

Lakin bu da faktdır ki, son zamanlar hökumət daxili istehsalı stimullaşdırmaq üçün müəyyən addımlar atır. Daxili istehsalın stimullaşdırılması isə təkcə bir faktordan asılı deyil. Fiskal siyasətin, yəni gömrük və vergi siyasətinin mərkəzləşdirilmiş formada aparılması burada mühüm amildir. Çox təəssüf ki, daxili istehsal dedikdə biz əsasən qida məhsullarının xammalının buraya gətirilməsi və istehsal olunması kimi anlayışları başa düşürük. Buna misal olaraq şəkər tozunun istehsalını göstərmək olar. Əgər idxalda ötən ilə nisbətdə müxtəlif məhsul növləri üzrə 50 faizə qədər artım müşahidə olunubsa, daxili istehsaldan danışmaq mümkün deyil".
 
Ekspert gömrük rüsumlarının qiymət bahalaşaması yaratdığını da vurğulayıb:

"Qida məhsulları növündə gömrük statistikasına baxdıqda ötən ilə nisbətdə artım müşahidə olunub. O cəhətdən təkcə bir məhsul üzrə daxili istehsalın artmasını əsas amil kimi saymaq olmaz. Logistika malın maya dəyərinin təqribən 20%-ni təşkil edir. Bu, kənd təsərrüfatı məhsullarında 50%-dən də yuxarıdır. İlin əvvəlində benzin və dizel yanacağının qiymətinin artması malın maya dəyərinə təsirsiz ötüşmədi. Bununla əlaqədar qiymətlər bahalaşdı.
Qiymət artımının səbəbi həm də gömrük orqanlarının bəyannamə qiymətini artıması və nəticədə süni qiymət artımı yaratmasıdır. Həmçinin hökumətin əlində olan rıçaqlar– tariflərin artması da sahibkarların xərclərini artırır.

Sahibkarlar avtomatik olaraq bunu məhsulun maya dəyərinə əlavə edirlər. Nəticə etibarilə vətəndaşlar daha bahalı məhsul almağa məcbur olurlar.
İqtisadi böhran, pandemiya və qiymət artımı alıcılıq qabiliyyətini aşağı salıb. Bu aspektdən gətirilən malların həcmində də azalmalar müşahidə edilir. Ölkədə baş verən statistik rəqəmlərin yerdəyişməsi bununla bağlı ola bilər".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...