Seçkidən sonra İranda qarşıdurmalar olacaq - Açıqlama

Dünya
15:32 / 18.06.2021
1781
"Seçkidən sonra İranda ciddi qarşıdurmalar
olacaq və yeni hakimiyyətin qonşu dövlətlər və beynəlxalq aləmlə problemləri
artacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında seçkilərdən
sonra İranı nələrin gözlədiyini dəyərləndirərkən, politoloq Cümşüd Nuriyev deyib: "Dini lider Xamneyinin dəstəklədiyi keçmiş baş
prokuror İbrahim Raisinin qalib gəlmək şansı daha çoxdur. Amma İran əhalisi onu
sevmir. Çünki inqilabdan sonra daha çox insanın edam olunmasında onun müstəsna
"xidmətləri” vardır. Raisi ancaq dini
qurumların köməyi sayəsində hakimiyyətə gələ biləcək”.
C. Nuriyev qeyd etdi ki, seçkinin nəticələri
İranda ciddi narazılıq yaranacaq: "Əhali ölkədə seçkilərə ciddi fikir
verir. Həm də bu ölkənin əhalisi daha
inqilabçı ruhdadır. Ona görə də seçkidən sonra qarşıdurmanın olması ehtimalı
böyükdür”.
Politoloq düşünür ki, namizəd olan mühafizəkarlardan
kimin seçilməsindən asılı olmayaraq, İran növbəti mərhələdə daha mühafizəkar
ölkə olacaq: "İndiki namizədlər ancaq dini təhsil alanlardır. Bu isə seçkidən
sonra ölkədə islam fundamentalizminin artmasına gətirib çıxaracaq. İran
iqtisadi cəhətdən daha da geriləyəcək. Çünki namizədlərin dördünün də maraqları
sırasında İranın dövlət kimi deyil, ancaq dini baxımdan maraqları önəmlidir”.
Rüfət SULTAN