ABŞ-dan Çinə 2022-ci il mesajı: Müharibənin təməl nöqtəsi...

ABŞ-dan Çinə 2022-ci il mesajı: Müharibənin təməl nöqtəsi...
ABŞ ordusunun Baş qərargah rəisi general Mark Milley böhran dövründə gərginliyi azaltmaq üçün ABŞ və Çin ordusu arasındakı hərbi rabitə sisteminin inkişaf etdirilməli olduğunu bildirib.
 
Sfera.az xəbər verir ki, o bu haqda 2022-ci ilin hərbi büdcəsi ilə bağlı çıxış edərkən danışıb.

General ABŞ-ın Sakit okean bölgəsində Çinlə hərbi əlaqələr qurması barədə verilən suala "Çin ordusu ilə rabitə sürətini də artırmalıyıq. Telefonu götürüb danışmağı, zəng ediləndə dərhal dəstəyi götürməyi bacarmalıyıq. Biz bunun üzərində çalışırıq. Bu sistemləri inkişaf etdirmək istəyirik”, - deyə cavab verib.
Ordu rəsmisi sürətli rabitə əlaqələrinin qurulmasının mütləq olduğunu vurğulayıb.

General Mark Milley ABŞ ordusunun modernləşdirilməsinə investisiya qoyulmazsa, 10-15 ilə milli təhlükəsizlik strategiyası baxımından çətin vəziyyətdə qalacaqlarını söyləyib. 

O, 2022-ci il üçün ayrılan büdcəni Çin kimi rəqiblə müharibədə ABŞ ordusunun üstünlük əldə etməsinin təməl nöqtəsi adlandırıb.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR