Qara dənizdəki qaz yataqlarını işlətmək bizə hansı dividentlər qazandıracaq? - ŞƏRH

Qara dənizdəki qaz yataqlarını işlətmək bizə hansı dividentlər qazandıracaq? - ŞƏRH
SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazır olduğunu bəyan edib. Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib və yeni qaz yatağının stateji əhəmiyyətini vurğulayıb.
 
Maraqlıdır, Qara dənizdəki qaz yataqlarının Azərbaycan tərəfindən işlədilməsi bizə nə verəcək? 

Məsələ ətrafında Sfera.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli sözügedən sazişin üstünlüklərindən danışıb:

"Son iki ildə Qara dənizdə bir neçə istiqamətdə qaz yataqlarının kəşfi ilə bağlı ilkin bəyanatlarla çıxış olub. Düzdür, hələlik qaz yataqlarının həcmi böyük deyil, 600 milyard kub metrdir. Lakin bunun artması perspektivlərinin olduğu deyilir, kəşfiyyat işləri davam edir. Azərbaycanın isə neft-qaz çıxarmada, opertorluqda, nəql məsələlərində böyük təcrübəsi var. Çox güman ki, bu anlaşma baş tutduqdan sonra SOCAR-ın həmin yataqda investisiya qoyması halı artacaq və gələcəkdə yataqlardan pay sahibi olmaq istəyi reallaşacaq. Necə ki, bu gün bizdə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql edilən Azəri-Günəşli-Çıraq yatağının opretoru BP şirkətidir, həmin yataqların da operatoru SOCAR ola bilər. Bu məsələnin mənfi cəhəti risklər, yəni əlavə investisiyaların tapılması olacaq. Üstünlük isə ondan ibarətdir ki, yataqlar hazır olduqdan sonra SOCAR Türkiyə ərazisində qaz nəql edən və istehlakçılara çatdıracağı bir infrastrukturun əsas operatoru kimi dividentlər qazanmaq imkanı olacaq. Bu dividentlər asan qazanılmayacaq, bunun üçün zamana ehtiyac var". 

Ekspert yeni sazişin gəlirləri çoxaldacağını vurğulayıb:

"Ən optimal proqnozlara görə qaz yataqlarından ilk qaz hasil olunacaqsa, 2024-2025-ci illərdə pik nöqtələrə çatmaq mümkün olacaq. Bundan sonra qoyulan vəsaitin qaytarılması ilə bağlı ilkin addımlar atılacaq və dividentlər qazanılacaq. Düşünürəm ki, yeni saziş imzalansa, SOCAR-ın dövlət büdcəsinə əlavə dividentlər gətirəcəyinin şahidi olacağıq". 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyekt...

İran BAEA ilə əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətində...

Süni intellektin köməyi ilə hamilə qaldı

ABŞ-nin Kolumbiya Universitetində sonsuzluq müalicəsi sahəsində inqilabi texnologiya hazırlanıb.   Sfera.az xəbər verir ki, süni intellekt əsasında ...

Ötən il Almatıya gedənlərin sayında artım olub

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ K...

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...