“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?

“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?
Ötən gün Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib. Pararlel olaraq, artıq bir neçə ölkədə aclıqla bağlı SOS siqnalı çalınır.

Maraqlıdır, Azərbaycan da qida qıtlığı yaşaya bilərmi?

Bununla bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Sfera.az-a açıqlamasında deyib ki, insanlar hazırda torpağa bağlı deyil, hamı meqapolis həyatı istəyir və əgər kəndli məhsulu marketdən alırsa, bunun sonu aclıqla nəticələcək:

"Süni qidaların istehlakı, özümüzün əkib becərməməyimiz, bunu edənin də qarşısının alınması kimi amillər qıtlığa səbəb olacaq. Fermerlər əkirlər, lakin alça, pomidor kimi meyvə və tərəvəzləri çaya tökməli olurlar, çünki bazar  xaricdən gələn hibrid meyvələrlə doludur. Bunların qarşısı birmənalı olaraq alınmalı, yerli məhsullar istehsal edilməli və yerli əkçinçiliyə üstünlük verilməlidir”.

Ekspertin sözlərinə görə, planetdə hər gün təxminən 25 min insan aclıqdan dünyasını dəyişir: "Onların əksəriyyəti isə uşaqdır. Bu rəqəm ildə 9 milyon olur. Rəqəmlər getdikcə artacaq. Digər tərəfdən indi israfçılığa da çox yol verilir. Məsələn, toylar olanda təki hamının gözü doysun deyə süfrələri doldururlar, barmaq qoymağa yer olmur. Birinci qəlyanaltılar, salatlar gəlir, daha sonra isti yeməklər, kabablar, plov, tort, dondurma və.s. Bu, bir insanın qida rasionuna sığmayacaq şeylərdir. Nə qədər yemək olar? Bunlar hamısı balanslaşdırımalıdır”.
 
Müsahibimiz qeyd edib ki, ictimai iaşə müəssisələrində də israfçılığa yol vermək olmaz: "İstehlakçılar evlərinə alış-veriş edəndə də bazardan lazım olan şeyləri qədərində almalıdırlar. Azərbaycanda aclıq məsələsinə gəlincə, bu mümkün olan bir şey deyil. Çünki ölkəmizdə 9 iqlim qurşağı yerləşir və subtropik meyvələrdən tutmuş hər bir məhsul istehsal edilə bilir. Sadəcə olaraq, insanlar meqapolis həyatına can atmaqdansa, kənddə əkib becərməli, hibrid məhsulların idxalına şərait yaratmamalıdırlar”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...